FaceBookda dostlarınla paylaş



Dvd Diski siz aşağıdakı ünvandan əldə edə biləsiniz.Qiyməti 15 azn

Satış ünvanı:N.Rəfibəyli küç 29.Kitab evi
(Keçmiş "Tarqovaya" küçəsindəki McDonalds-ın yaxınlığında)



İlk dəfə Azərbaycan dilində yeni başlayanlar üçün Turbo Pascal professional Videodərsləri



PS:Bu videonun keyfiyyəti saytda baxılması üçün azaldılıb.Diskdə bütün videolar eləcə də "giriş" daxil olmaqla yüksək keyfiyyətlə yazılıblar

Turbo Pascal Dilini nə üçün öyrənirik ?
-Proqramlaşdırma dillərini öyrənmək üçün ilk olaraq bu dildən başlamaq olar.Əgər siz sonradan hər hansı bir obyektyönümlü proqramlaşdırma dilini öyrənmək istəyirsinizsə,ilk olaraq turbo pascal dilin öyrənin bu videodərslər sizin proqramlaşdırma qabiliyyətinizin yaranmasına kömək olacaq.Daha sonra digər dilləri öyrənə bilərsiniz əsasən da Delphi yə keçmək asan olacaq.
Turbo Pascal nəyə lazımdır ? Birbaşa Delphidən başlamaq olmazmı?
-Xeyr,Delphi - object pascal demekdi.Pascal dilinin obyektyönümlü forması.İlk olaraq siz dilin sintaksisini turbo pascal ilə öyrənməlisiniz.Daha sonra artıq bu dili obyektlər (Düymələr,Menu və.s) ilə bağlamaq olar. Bu disk ilə siz öz doğma dilinizdə proramlaşdırma qabiliyyətinə yiyələnəcksiz.Artıq çətin başa düşdüyünüz xarici dillərdə videodərslərə baxmağa məcbur deyilsiniz.
Bəkə kurslara gedim ?
-Siz bu diski əldə etməklə kurslarda keçilən dərslərdən az olmayaraq bilik əldə edə bilərsiniz.Nəticədə isə pulunuza qənaət etmiş olursunuz.Hər ay 50 azn və.s məbləğ ödəməkdənsə 15 azn verərək diski əldə edib,öz evinizdə Turbo Pascal dilini asanlıqla öyrənə bilərsiniz.

Diskin içindəkilər:




1.Giriş

İlkin nəzəri hissə:
2.Kompilyator,Kompilyatorun işləmə prinsipi,Kompüterinizə Turbo Pascal Kompilyatorunun yüklənməsi.
3.İdentifikatorlar,Açar Sözlər.
4.Dəyişənlər,Tiplər.
5.Turbo pascalda Riyazi əməllər və Müqayisə əməlləri.
6.Turbo pascalda proqramın quruluşu (strukturu).

Praktiki hissə:
7.Writeln,Readln Operatorları və onlarla iş.
8.Sabitlərin , Dəyişənlərin elan olunması və işlənməsi.
9.İF şərt operatoru və istifadəsi.
10.Şərt zamanı And , OR açar sözlərindən istifadə.
11.Bəzi lazımlı Funksiyalar və Kvadrat tənliyin həll edilməsi alqoritmi.
12.CASE operatoru.
13.Dövr operatorları.FOR Dövr operatoru.
14.Ön şərtli WHILE , son şərtli REPEAT dövr operatorları.
15.Birölçülü massivlər.
16.İkiölçülü massivlər
17.Simvol tipi,Sətr tipi.
18.Sətrlərlə iş üçün Funksiya , Prosedurlar.
19.İstifadəçi Alt proqramları (Funksiya , Prosedurlar) və onların yaradılması.
20.Turbo Pascalda standart modullar.
21.Modulların Strunkturu və yaradılması.
22.Fayllar,Məntiqi və Fiziki fayl.
23.Fayllarla iş.
24.Yazı tipi,WITH instruksiyası.
25.Çoxluqlar və onlarla iş.